-
- 24-06-2021, 19:35
- 495
Azərbaycan media mənsublarına Al Jazeera-nın beynəlxalq sertifikatları təqdim edildi - Foto
Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir.
News24.az xəbər verir ki, iyunun 23-ü və 24-də baş tutan seminarın növbəti günlərində Aljazeera Media İnstitutunun nümayəndə heyəti iştirak edib.
Seminar çərçivəsində ADA Universiteti ilə Al Jazeera Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Sonra Aljazeera-nın baş müxbiri Rəsul Sərdar və meneceri Rene Ode “Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi” , “Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzularında məruzə ilə çıxış ediblər.
Seminarda iştirak edən və müxtəlif media qurumlarını təmsil edən mətbuat nümayəndələrinə Al Jazeera Media İnstitutunun beynəlxalq sertifikatları təqdim olunub. Sertifikatlar "Al Jazeera English"in baş müxbiri Rəsul Sərdar Ataş tərəfindən təqdim olunub.
Xatırladaq ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir. İyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub.
Seminarların növbəti həftəsində iştirakçılar qarşısında Haber Global-ın mütəxəssisləri təcrübələri ilə bölüşəcəklər.