Taxıl biçinindən sonra əkin sahələrində baş verə biləcək yanğınlarla bağlı görüşlər keçirilib
    • 25-06-2021, 17:19
    • 328

Taxıl biçinindən sonra əkin sahələrində baş verə biləcək yanğınlarla bağlı görüşlər keçirilib

Göyçay Rayon Polis Şöbəsi və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları taxıl biçinindən sonra əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə fermerlərlə maarifləndirici görüşlər keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, kənd bələdiyyə və icra nümayəndələrinin də iştirakı ilə keçirilən görüşlərdə ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu diqqətə çatdırılıb. Belə ki, yanğınların  nəinki  əkinə yararlı torpaqlara, həmçinin meşə sahələrinə,  əhalinin yaşadığı ərazilərə də ciddi zərər vurma ehtimalının olduğu  bildirilib. Bu kimi halların qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları və həm məhsuldarlığın artması, həm də təhlükəsizliyin təmini məqsədilə müvafiq aqrotexniki tədbirlərin keçirilməsinin vacibliyi barədə  tövsiyələr verilib.