"Bu gün sənin günündür, atam" - Milli Qəhrəman İlqar Mirzəyevin oğlu
    • 26-06-2021, 11:38
    • 595

"Bu gün sənin günündür, atam" - Milli Qəhrəman İlqar Mirzəyevin oğlu

Bu gün sənin günündür atam. Ömrünü dağlarda, soyuq yerlərdə, əsgərlərinlə birlikdə, yorğun və çətinliklərlə keçirtdin. Nə əziyyət çəkdiyini, necə yorulduğunu heç birimizə bildirməzdin. Bu əziyyətlərə rəğmən, sadəcə bir sözün var idi Vətən sağ olsun!".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev "Facebook" hesabında yazıb. 

O sözlərinə belə davam edib: "Ruhun şad olsun Azərbaycanın Milli Qəhrəmanı. Ruhun şad olsun Cənab Polkovnik İlqar Mirzəyev. 
Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm. 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə öz vəzifəsini şərəflə , vicdanla yerinə yetirən hərbçilərimizi təbrik edirəm".