Bakıda məşhur bazar yanır - YENİLƏNDİ- VİDEO
    • 26-06-2021, 17:29
    • 521

Bakıda məşhur bazar yanır - YENİLƏNDİ- VİDEO

Xırdalan şəhərində bazarda yanğın olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində bazar ərazisində yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olandan sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində bazar ərazisində 5 m² sahədə piştaxta və plasmas su çəni yanıb.


16.50

Xırdalanda Təzə Bazarda yanğın baş verib.

Yanğın bazarın arxa hissəsində baş verib. Yanğın zamanı partlayış səsləri eşidilib. Ərziyə FHN-in yanğınsöndürmə briqadaları cəlb olunub. (manşet.az)