Zaqatalada 2 tona yaxın narkotik vasitə məhv edildi
    • 28-06-2021, 10:09
    • 345

Zaqatalada 2 tona yaxın narkotik vasitə məhv edildi

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Kürdəmir kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 900 kiloqram olan 2950 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.