"SOCAR"-ın əməkdaşı kimi təqdim olunan şəxs ev heyvanlarına işgəncə verir - VİDEO
    • 29-06-2021, 16:26
    • 810

"SOCAR"-ın əməkdaşı kimi təqdim olunan şəxs ev heyvanlarına işgəncə verir - VİDEO

Sosial şəbəkələrdə ev heyvanlarına işgəncə verən şəxsin görüntüləri yayılıb.

News24.az xəbər verir ki, Beyrək Mirzəyev adlı həmin şəxs öz instaqram səhifəsində pişiyin tüklərini qopardaraq ona əzab verdiyi və suda boğduğu zaman lentə aldəğı görüntüləri paylaşıb. Məlumata görə, o, "SOCAR"-da çalışır. 

İnstaqram izləyiciləri həmin videoları digər sosial şəbəkələrdə paylaşaraq Beyrək Mirzəyevlə bağlı tədbir görülməsini, onun heyvanlara acımasız və insanlıqdankənar şəkildə davranmasına görə cəzalanmasını tələb ediblər.

Qeyd edək ki, B.Mirzəyev videolara görə ona təpki göstərən istifadəçiləri ağır şəkildə təhqir edib.

Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidməti İbrahim Əhmədov bildirib ki, son günlərdə sosial şəbəkə istifadəçiləri SOCAR-ın səhifələrinə müraciətlər göndərir: "Guya SOCAR-da işləyən bir nəfərin heyvanlara qarşı zorakı hərəkətlərindən şikayət edir, onun işdən çıxarılmasını tələb edirlər. Apardığımız araşdırmadan məlum olub ki, həmin adam SOCAR-ın strukturunda işləmir. Ümumilikdə, dövlətimizin siyasətində heyvanlara qarşı qayğı mühüm yer tutur, SOCAR da dövlətin siyasətini dəstəkləyir. Düşünürəm ki, sırf həzz almaq məqsədi ilə heyvanlara məqsədyönlü və sistematik işgəncə verən insanların psixoloji problemləri ola bilər. Onları məsuliyyətə cəlb etməklə yanaşı, bu problemlərin köklü həlli barədə də düşünmək lazımdır..."