Evin dam örtüyü qoparaq elektrik dirəyinin üzərinə düşdü
    • 29-06-2021, 18:15
    • 348

Evin dam örtüyü qoparaq elektrik dirəyinin üzərinə düşdü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evinin dam örtüyünün bir hissəsinin yerindən qoparaq elektrik dirəyinin üzərinə düşməsi barədə məlumat daxil olub.

News24.az FHN-in saytına istinadən verdiyi məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində dam örtüyü hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb.