Türkiyəli məşhur aktyor vəfat etdi
    • 2-07-2021, 09:32
    • 381

Türkiyəli məşhur aktyor vəfat etdi

Türkiyənin tanınmış aktyoru Kartal Tibet vəfat edib.

News24.az xəbər verir ki, 200-ə yaxın filmdə rol alan, rejissorluğunu edən və ssenarisini yazan aktyorun ölüm xəbərini həmkarı Civan Canova sosial şəbəkə hesabında verib. 

Kartal Tibet 1938-ci ildə Ankarada doğulub. Onun filmləri "Yeşilçam"ın klassikləri sirasına daxil olub. "Karaoğlan" filmi ilə kariyerasına başlayan Tibet daha sonra Sezgin Burakın cizgi filmi qəhrəmanı Tarkanı kino canlandırıb. 

1977-ci ildə "Tosun Paşa" filmi ilə rejissorluğa ilk addımı atan K.Tibet Kemal Sunal da daxil olmaqla 56 filmin rejissorluğunu edib.