-
- 2-07-2021, 12:26
- 410
Direktor müavinlərinin işə qəbulu imtahanında 504 nəfər iştirak etdi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 504 nəfər iştirak edib.
İdarədən News24.az-a verilən məlumata görə, onlardan 363 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini (24 iyun), 141 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı (25 iyun) vəzifəsi üzrə imtahana qatılıb.
Namizədlər proqram təminatı tətbiq edilməklə 60 dəqiqə vaxt ərzində 40 sualdan ibarət test tapşırığını cavablandırıblar. Bir neçə qrupda keçirilən imtahanda iştirakçılara müvafiq test bankından götürülmüş müxtəlif suallar təqdim olunub.
İmtahana gələrkən namizədlərin şəxsiyyətlərini təsdiq edən sənəd yoxlanılıb, mobil telefonları təhvil alınıb, karantin qaydalarına uyğun olaraq dezinfeksiya olunduqdan sonra ara məsafəsi gözlənilməklə imtahan zalına buraxılıblar. Şəffaflığın təmin olunması məqsədilə imtahan prosesinin videoçəkilişi aparılıb.
Qeyd edək ki, nəticələrin emalı prosesi yekunlaşdıqdan sonra yaxın günlərdə cavablar namizədlərin “Şəxsi kabinet”inə göndəriləcək. Müvafiq vəzifələr üzrə keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.