-
- 7-11-2018, 11:32
- 1 120
Afrikalıya ərə getmiş Lalə: Bütün azərbaycanlı qızlara belə oğlan arzulayıram - FOTO
“Ailə qurandan sonra mən də xristianlığı qəbul etdim”.
Biz bir gümüş üzüklə evlənmişik. Toyumuzda xonçalar da olmadı. Amma ailə qurandan sonra qohum-qonşunun toyuna gedəndə heç vaxt Nikin üzünə vurmamışam ki, qızılım yoxdur, niyə mənə qızıl gətirməmisiniz və s. Maddi cəhətdən imkanımız zəif olanda heç vaxt ayaqlarımı dirəmirəm ki, “mütləq mənə bunu almalısan”. Nə isə əskik olanda ancaq yoldaşımı fikirləşirəm ki, təki onu incitməyim.
Bu sözləri Nigeriyadan olan Nik Nvolisa və onun azərbaycanlı həyat yoldaşı Lalə Nvolisa bildirdi.
Sözügedən cütlük 7 ildir ki, ailə qurub Azərbaycanda yaşayırlar və iki övladları var: Joel və Ancella.
Nik Nvolisa deyir ki, 25 yaşında Lalə ilə tanış olub, əksər azərbaycanlı oğlanlar kimi o da Laləni toyda görüb bəyənib:
“2007-ci ildə ortaq dostumuzun toyu idi. Eyni masada əyləşmişdik. O qırmızı geyinmişdi və diqqətimi cəlb etdi. Elə toydaca söhbətləşməyə başladıq”.
Nigeriyalı oğlanla ailə qurmağa necə qərar verməsinə gəlincə, Lalə deyir ki, uşaqlıqdan düşüncələri fərqli olub:
“Mənə elə gəlirdi ki, məni heç kim başa düşmür. Amma Niklə söhbətimiz tuturdu. Anama ürəyimi açdım. Əvvəlcə razılaşmadı ki, əcnəbi, özü də Afrikadan. Dedim “gəlsin, görüşün, xoşunuz gəlməsə, evlənmərik”. Amma əslində “yox” demək fikrində deyildim. Nik bizə gəldi və mən anam, qardaşım və Nik arasında tərcüməçi rolunu oynadım. Eyni zamanda, Nik əllə-qolla da fikirlərini izah etməyə çalışırdı. Anamgil Niki çox bəyəndilər, istiqanlı olduğunu dedilər. Beləliklə, tanış olduğumuz ili də ailə qurmağa qərar verdik. Yeni ailə qurduğumuz ilk illərdə insanlar bizi başa düşmürdü. Yolda bəzi xoşagəlməz sözlər deyirdilər, amma cəmiyyətin fikri mənim üçün önəmli deyildi. Düşünürdüm ki, əsas mənim xoşbəxtliyimdir. Amma indi bizi uşaqlarla görəndə insanların çox xoşuna gəlir, tanımadığımız adamlara da maraqlı gəlirik”.
Nik deyir ki, Nigeriyada oğlanlar yaxşı iş, ev və maşın sahibi olandan sonra evlənirlər:
“Amma Azərbaycanda bu, belə deyil. Gördüm ki, Azərbaycanda bunlarsız da 25 yaşında evlənmək mümkündür. İndi məndən haralı olduğumu soruşanda, Azərbaycandan olduğumu deyirəm. Çünki sizdə belə bir misal var ki, həyat yoldaşın haralıdırsa, sən də oralısan”.
Nigeriyalı Nikin xristian olması həmyerlimiz üçün problem yaratmayıb:
“Əslində Nikin xristian olmasına çox sevindim. Çünki İsaya böyük məhəbbətim vardı. Hələ evlənməmişdən əvvəl birlikdə tez-tez kilsəyə gedirdik. Ailə qurandan sonra mən də xristianlığı qəbul etdim”.
Lalənin sözlərinə görə, ilk növbədə bağışlamağı bacarmaq lazımdır:
“Təşəkkür etməyi və üzr istəməyi bacarırıq. Bibliyada yazıldığı kimi, qürur saxlamırıq. Yoldaşım mənə evdə uşaqlarla bağlı işlərdə çox kömək edir. Bütün azərbaycanlı qızlara belə oğlan arzulayıram”.
//Bakuinfo.az