Daşlı adada radiasiya yoxdur - FHN
    • 5-07-2021, 12:50
    • 364

Daşlı adada radiasiya yoxdur - FHN

“İyulun 4-də da vətəndaş tərəfindən dənizdə yanğınla baş verən partlayış barədə məlumat daxil olub”.

News24.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, General-mayor Niyazi Zamanov bildirib. Onun sözlərinə görə, dərhal müvafiq qurumlarla əlaqə saxlanılıb: “Bu gün helikopter tərəfindən o yerə baxış keçirilib. Salyan rayonunun sahildən 33 km məsafədə Daşlı adada palçıq vulkanı baş verib. FHN həmin an helikopterlə xüsusi cihazla araşdırma aparıb və məlum olub ki, radiasiya fonu yoxdur”.

Ərazidə hazırda yanğının davam etmədiyini deyən N.Zamanov bildirib ki, FHN və ETSN tərəfindən həmin əraziyə İşçi qrupu ezam olunacaq və mütəxəssislər tərəfindən məlumat veriləcək.