-
- 5-07-2021, 12:51
- 468
"Palçıq vulkanının baş verdiyi ərazidə heç bir qazma işləri aparılmayıb" - SOCAR
"Vulkan püskürməsi gec saatlarda baş versə də, müxtəlif qurumlar tərəfindən lazımi məlumatlar verildi. Hadisəyə anında reaksiya verib, məlumat yaymaq qeyri-dəqiqliklə nəticələnə bilər. Araşdırıb, dolğun formada məlumatı çatdırmaq ən düzgün variantdır".
News24.az xəbər verir ki, bunu Xəzər dənizində baş vermiş vulkanla bağlı keçirilən mətbuat konfransında ETSN-nin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.
Mətbuat konfransında SOCAR dünən vulkan püskürən ərazidə qazma işlərinin aparılması ilə bağlı iddialarına da münasibət bildirib.
SOCAR-ın Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov bildirib ki, SOCAR rəhbərliyi baş verən hadisəni diqqətdə saxlayır:
“Bununla bağlı mütəxəssislərdən ibarət operativ qrup palçıq vulkanının baş verdiyi əraziyə göndərilib. Palçıq vulkanının baş verdiyi ərazidə heç bir qazma işləri aparılmayıb. Həmin ərazidə SOCAR-ın heç bir infrastrukturu yoxdur. Hadisə baş vermiş sahə müstəqil bir adadır və Daşlı sahəsindən 2,5 kilometr aralıda yerləşir. Orada heç bir kəmər yoxdur”.