Zaqatalada 2 tondan artıq çətənə kolu məhv edildi
    • 6-07-2021, 10:47
    • 337

Zaqatalada 2 tondan artıq çətənə kolu məhv edildi

Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Aşağı Çardaxlar kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, ümumi çəkisi 2 ton 100 kiloqram olan 2500 ədəd narkotik tərkibli çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.