Zaqatalada 1 ton 800 kiloqram çətənə kolu məhv edildi
    • 30-06-2021, 11:37
    • 459

Zaqatalada 1 ton 800 kiloqram çətənə kolu məhv edildi

Zaqatalada yabanı halda bitmiş çətənə kolları aşkarlanıb.

DİN-in Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Meşləş kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 800 kiloqram olan 2890 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.