Azərbaycanda avtomobil polisi vuraraq öldürdü
    • 6-07-2021, 12:08
    • 469

Azərbaycanda avtomobil polisi vuraraq öldürdü

Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb.

News24.azOxu.Az-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Şabran şəhərində qeydə alınıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, Şabran şəhər sakini Aslan Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub:

“Nəticədə polis əməkdaşı hadisə yerində aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır”.