Şəki Xan Sarayı fəaliyyətini dayandırıb - Fotolar
    • 6-07-2021, 12:50
    • 626

Şəki Xan Sarayı fəaliyyətini dayandırıb - Fotolar

Şəki Xan Sarayı fəaliyyətini dayandırıb.  

News24.az
xəbər verir ki, Saray qapılarının ziyarətçilərin üzünə bağlı olmasına səbəb 500-dən artıq yaşı olan çinarın budağının kəsilməsidir. 

Hazırda sarayın giriş qapısının önünə lentlə çəpər çəkilib. 

Xatırladaq ki, iki il bundan əvvəl güclü külək səbəbindən sözügedən ağacın bir budağının qırılması 20-dən çox insanın xəsarət almasına səbəb olmuşdu. 

Sözügedən çinar ağacı 1530-cu ildə əkilib. Gövdəsi 7.3 metrdir. Hündürlüyü 34 metrdir. Xan sarayının qarşısında olan çinarlar “Qırmızı kitab”a salınıb.