Şəki Xan Sarayındakı hadisənin səbəbi BƏLLİ OLDU
    • 15-07-2019, 10:33
    • 1 369

Şəki Xan Sarayındakı hadisənin səbəbi BƏLLİ OLDU

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılmasının səbəbi bəlli olub.

News24.az xəbər verir ki, hadisəyə səbəb günlərdir yağan yağış və güclü külək olub.

Bu barədə "İnterfax"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib: "Günlərdir yağan yağış və səhər saatlarında başlayan güclü külək xan çinarının2 budağının sınıb yerə düşməsinə gətirib çıxarıb".