-
- 7-11-2018, 15:01
- 1 184
Çeçen nazir: Azərbaycan mənim vətənimdir
Çeçenistan Respublikasının səhiyyə naziri Elxan Süleymanovun bioqrafiyası Azərbaycanla bağlıdır.
O, bununla bağlı “Moskva-Baku”ya müsahibəsində danışıb.
Elxan Süleymanov Qusar rayonunun Yarqun kəndində doğulub.
Nazir deyib ki, Azərbaycanla onu çox şey bağlayır, bu, onun uşaqlığının, məktəb və universitet vaxtlarının keçdiyi vətənidir. İndi Azərbaycanda onun qohumları, dostları, qırmızı diplomla bitirdiyi Tibb Universitetindəki tələbə yoldaşları yaşayır.
“Diplomu aldıqdan sonra Bakıda qaldım və akademik Cəmil Əliyevin rəhbərliyi altında Milli Onkoloji Mərkəzdə işlədim. O, indi də bu müəssisənin rəhbəridir. İlk iş yerimlə, sabiq həmkarlarımla indi də əlaqə saxlayıram.
Eyni zamanda, Bakıda qohumlarım və dostlarım yaşayır. Uşaqlarım tez-tez nənə və babasına baş çəkirlər. Yaqun kəndinə də gedirəm, orada mənim çoxlu qohumlarım var”, - müsahib bildirib və əlavə edib ki, bu il bir neçə dəfə Azərbaycanda olub.
//Oxu.az