Neyrocərrahiyyə Xəstəxanasında yanğın - Yeniləndi
    • 7-07-2021, 18:33
    • 462

Neyrocərrahiyyə Xəstəxanasında yanğın - Yeniləndi

Respublika Neyrocərrahiyyə Xəstəxanasındakı yanğın həyətdə baş verib.

Xəstəxanadan News24.az-a verilən məlumata görə, yanğınsöndürənlərin müdaxiləsi ilə alovun qarşısı alınıb.

*** 18:22

Bakı şəhəri, Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğın söndürülüb.

İlkin ehtimala görə, hadisəyə səbəb qısaqapanma olub.