Azərbaycan Avropa İttifaqı ilə Qarabağın bərpasına dair müzakirələr apardı
    • 8-07-2021, 11:38
    • 365

Azərbaycan Avropa İttifaqı ilə Qarabağın bərpasına dair müzakirələr apardı

“Ölkəmiz Avropa İttifaqı (Aİ) ilə uğurlu iqtisadi ticarət tərəfdaşlığı həyata keçirir”.

News24.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib.

“Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşümüzdə həmkarım, energetika naziri Pərviz Şahbazovla birgə işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ-nın təklif etdiyi maliyyə alətləri və investisiyalar üçün prioritet sahələr barədə fikir mübadiləsi apardıq”, - deyə nazir əlavə edib.