-
- 9-07-2021, 16:23
- 975
“Media haqqında” qanun layihəsi “APA Group”-da müzakirə olundu
Bu gün “APA Group”-da “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.
News24.az xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin (MEDİA), “APA Group”a daxil olan media orqanlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.
"APA Group"-un Prezidenti Vüsalə Mahirqızı qanun layihəsinin parlamentə göndərilməmişdən öncə media praktikləri ilə ətraflı müzakirəsinin, fikir və təkliflərin öyrənilməsinin çox yaxşı hal olduğunu bildirib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov müzakirələr zamanı irəli sürülən təklif və iradlara xüsusi diqqətlə yanaşılacağını, bu cür müzakirələrdə əsas məqsədin qanun layihəsinin təkmilləşdirilməsi olduğunu nəzərə çatdırıb.
Sonra Medianın İnkişafı Agentliyinin Hüquq departamentinin direktoru Rəqsanə Kərimova qanun layihəsi təqdim edib.
Təqdimatda qeyd edilib ki, qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, ölkə hüdudlarından kənarda olan və fəaliyyəti respublikamızın ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün media subyektlərinə, habelə xaricdə yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə və jurnalistlərə şamil olunacaq.
R. Kərimova qanun layihəsinin bütün maddələri haqqında ətraflı məlumat verib, təqdimatın gedişində ortaya çıxan suallara aydınlıq gətirib.
Tədbir iştirakçıları layihədə əksini tapan media subyektləri (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri), media sahəsində səlahiyyətli orqanlar, mediada yayımlanan informasiyalara dair tələblər, media subyektinin informasiyasından istifadə, media reyestri, audiovizual proqramların və redaksiya materiallarının saxlanılması, məzmun və ərazi kateqoriyalarına görə qəzetlərin növləri, vahid jurnalist vəsiqəsinin verilməsi qaydası və digər müddəalar barədə məlumatlandırılıb.
Tədbir qanun layihəsinin diskussiya şəraitində aparılan müzakirəsi və fikir mübadiləsi ilə davam edib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və digər qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Ə. İsmayılov səslənən fikir və təkliflərin qeydə alındığını və işçi qrupunda müzakirəyə çıxarılacağını bildirib.