Azad Şabanov yeni işini təqdim etdi - VİDEO
    • 10-07-2021, 11:26
    • 1 046

Azad Şabanov yeni işini təqdim etdi - VİDEO

Müğənni Azad Şabanov yeni işini təqdim edib.

News24.az xəbər verir ki, ifaçı aktyor Fuad İsgəndərov ilə bir araya gələrək, "Qumbara" adlı mahnısını və ona çəkilmiş klipi təqdim edib. Bəstənin musiqi və sözləri Elvin Nəsirova (Noton) aiddir. Aranjimanını isə Eşgin Ağayev edib.

Klipin rejissorluğu Fərhad Əliyə həvalə olunub. Süjet xətti Azada aid olan ekran işində son zamanlarda bayağılığı təbliğ edən verilişlər və mahnılar sərt şəkildə tənqid olunub.

"RÄNG" leyblının dəstəyi ilə ərsəyə gələn klip sənətçinin rəsmi "YouTube" kanalında təqdim olunub.