Lənkəranda da “patı”dan saxlanılanlar var - Foto
    • 12-07-2021, 11:30
    • 405

Lənkəranda da “patı”dan saxlanılanlar var - Foto

Lənkəranda rayonunda narkotik daşıyan və satan 6 şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş F.Fərəcovun üzərindən 1 bükümdə psixotrop maddə metamfetamin (“patı” –red.), 1 bükümdə narkotik vasitə heroin aşkarlanıb. F.Fərəcovun həmin narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhər sakini F.Həmdəmovdan aldığı, onun da yaşadığı evdə tiryəkxana təşkil etdiyi müəyyən edilib.
F.Həmdəmovun yaşadığı evdən 1 kiloqramdan artıq heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Onun evinə baxış keçirilən zaman “patı” almağa gələn və həmin vaxt evin həyətində olan əvvəllər məhkum olunmuş R.Səfərovun və S.Seyfullayev də saxlanılıb. Onların hər birinin üzərindən 1 bükümdə psixotrop maddə, 1 bükümdə heroin aşkarlanaraq götürülüb.

Qumbaşı kənd sakinləri, əvvəllər məhkum olunmuş Z.Hüseynov və Q.Rəhimov saxlanılıblar. Keçirilən baxış zamanı onların üzərindən ümumilikdə 20 bükümdə metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.