Tolikdən müğənnilərə haqlı irad
    • 8-11-2018, 12:00
    • 1 111

Tolikdən müğənnilərə haqlı irad

Prodüser Tolik müğənnilərə haqlı irad bildirib.

Türk müğənnilərinin mahnılarını oxuduqları bəstəkar və söz müəlliflərinə hörmət qoyduqlarını diqqətə çəkən Tolik yerli müğənnilərimizin böyük əksəriyyətinin bu baxımdan haqsız davrandıqlarını qeyd etdi. Bildirdi ki, elə müğənnilərimiz var ki, mahnılarını oxuduqları müəlliflərin adlarını çəkməyə sanki can çəkirlər. Bu da istər bəstəkara, istərsə də söz müəllifinə böyük haqsızlıqdır: "Baxın, türk müğənniləri öz bəstəkar və şairlərinin qədrini necə bilirlər, haqlarını tapdalamırlar. Amma bizim müğənnilərin çoxu bu ədəbdən kənardırlar! Mahnı müəlliflərinə qarşı qədirbilməzlik edirlər! Bu davranış çox yalnışdır! Elə müğənnilərə ayıb olsun"!

Azər Nəsibov