Şəkidə 15 yaşlı qızı 30 yaşlı kişiyə ərə verdilər - Video
    • 13-07-2021, 11:44
    • 641

Şəkidə 15 yaşlı qızı 30 yaşlı kişiyə ərə verdilər - Video

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov News24.az-a bildirib ki, yayılan görüntülər əsasında Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb: "Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb". 

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.