Bu şəxslərin “İmmunitet sertifikatı” müddətsiz uzadılır
    • 14-07-2021, 10:30
    • 412

Bu şəxslərin “İmmunitet sertifikatı” müddətsiz uzadılır

02 iyul 2021-ci il tarixindən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır.

News24.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında bildirilib.
Qeyd olunub ki, 02 iyul 2021-ci il tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.