Paytaxt məktəblisinin məqaləsi ABŞ mətbuatında - Foto
    • 15-07-2021, 15:03
    • 257

Paytaxt məktəblisinin məqaləsi ABŞ mətbuatında - Foto

Paytaxt məktəblisinin məqaləsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) “National Geographic” jurnalında nəşr olunub.

News24.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 193 nömrəli tam orta məktəbin X sinif şagirdi Çingiz Şiqayev həşəratların yaşayış tərzini öyrənərək, onlar haqqında ingilis dilində məqalə hazırlayıb.

Bundan əlavə, məktəbin “Kiçik Akademiya”sının fəal üzvü olan Ç.Şiqayevə AMEA-nın Zoologiya İnstitutu tərəfindən bu istiqamət üzrə araşdırma aparmaq təklif edilib. Hazırda məktəblinin araşdırmaları davam edir.