Təhsil Nazirliyi valideynlərə MÜRACİƏT ETDİ
    • 17-07-2021, 17:48
    • 559

Təhsil Nazirliyi valideynlərə MÜRACİƏT ETDİ

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib. 

Bu barədə News24.az-a Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, 19 iyul 2021-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyinə görə, sözügedən I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün müəllim seçimini 26 iyul 2021-ci il tarixindən etmək mümkün olacaq.