Almaniya səfiri Azərbaycan xalqının Qurban bayramını təbrik etdi
    • 20-07-2021, 11:37
    • 548

Almaniya səfiri Azərbaycan xalqının Qurban bayramını təbrik etdi

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

News24.az-ın xəbərinə görə, səfirliyin "Facebook" səhifəsində səfirin təbrik videomüraciəti paylaşılıb.

"Alman səfirliyi və öz adımdan Azərbaycanda və digər yerlərdə Qurban bayramını qeyd edən müsəlmanlara ən xoş arzularımı çatdırıram.

Keçən ildən fərqli olaraq 2021-ci ildə biz bayramı ailəmiz və dostlarımızla qeyd edə bilirik. Mən sizə sevinc və sağlamlıq diləyirəm. Empatiya və xeyirxahlıq bu bayramda qeyd olunan dəyərlərdir. Bunlar həmişə dəyərlidir.

Ümid edirəm ki yumşaldılmış atmosferə baxmayaraq, hamınız COVID-19 rejimi bağlı tətbiq olunan xüsusi rejiminin tezliklə aradan qaldırılması üçün lazımi ehtiyat tədbirlərinə əməl edəcəksiniz.

Bir daha Qurban bayramınız mübarək", - almaniyalı diplomat bildirib.