Şəfiqə Məmmədovanı tanımayan nəzarətçidən xalq artistinə qarşı ədəbsizlik
    • 9-11-2018, 13:21
    • 1 237

Şəfiqə Məmmədovanı tanımayan nəzarətçidən xalq artistinə qarşı ədəbsizlik

Xəbər verdiyimiz kimi, az əvvəl xalq artisti Amaliya Pənahova ilə Akademik Milli Dram Teatrında keçirilən vida mərasiminə ölkənin tanınmış mədəniyyət və incəsənət nümayəndələri də qatılmışdılar.

Mərasimə gələnlər arasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttiqafının sədri, xalq artisti Şəfiqə Məmmədova da var idi. Teatrın binasına daxil olmaq istəyən sənətkarı teatrın nəzarətçisi əvvəl tanımayıb. Buna görə də Ş. Məmmədovaya "ay xanım, ora keçmək olmaz" - deyərək, məşhur aktrisanı rəsmi şəxslər üçün nəzərdə tutulmuş sıraya buraxmaq istəməyib. Aktrisa isə öz növbəsində nəzarətçiyə cavab verib: "Mənim adım dövlətim rəsmi nekroloqunda var. Necə yəni olmaz?"

//Olke.az