SMA xəstəsi Tunar ABŞ-da xəstəxanadadır - 2 milyonluq müalicə üçün
    • 22-07-2021, 18:14
    • 593

SMA xəstəsi Tunar ABŞ-da xəstəxanadadır - 2 milyonluq müalicə üçün

Azərbaycanda ən ağır ölümcül xəstəliklərdən biri olan spinal əzələ atrofiyası xəstəsi 2 yaşlı Tunar Amerikaya, Boston şəhər xəstəxanasına yerləşdirilib.

Bir müddət sosial şəbəkələrdə dəstək aksiyası ilə müalicə üçün vəsait toplansa da sonradan Heydər Əliyev Fondunun dəstəyi ilə qalan məbləğ özəl şirkətlərə çağırışla tamamlandı.

Bu xəstəlik səbəbindən körpə heç bir hərəkət edə bilmir, yalnız uzanır və müalicə olmasa vəfat edir.

SMA müaılicəsi üçün yalnız bir dərman var - Zolgensma iynəsi, onu uşağa tətbiq etdikdə 90% hallarda normal həyata qayıda bilir, ən azı əsas əzələləri hərəkət edir. Dünyanın ən bahalı dərmanı olan bu iynənin qiyməti 2 milyon yarım dollardır.

Tunarın valideynlərinin VİSA məsələsi həll olunduqdan sonra uşaq Boston Uşaq Hospitalına yerləşdirilib.

Onun nə qədər müddət orda qalacağı məlum deyil. /Bakupost.az/