"İntiharlardan həyatını itirənlər arasında kişilər üstünlük təşkul edir" - ORXAN FƏRƏCLİ
    • 23-07-2021, 12:13
    • 466

"İntiharlardan həyatını itirənlər arasında kişilər üstünlük təşkul edir" - ORXAN FƏRƏCLİ

"Qadınlar intihara daha çox əl atır, amma xilasedici olan yollara üstünlük verirlər. Kişilər isə xilas yolu olmayan, qarşısının alınması mümkün olmayan və ağır  intiharları seçirlər. İntiharlardan həyatlarını itirənlər arasında kişilər üstünlük təşkul edir".

News24.az
xəbər verir ki, bu sözləri psixiatr Orxan Fərəcli TƏBİB-in media mənsubları üçün təşkil etdiyi təlimdə deyib.

Psixiatr həkim onu da deyib ki, intihar etmək istəyən şəxs bunu deyirsə, ona "deyirsə, etməyəcək" kimi reaksiya vermək yanlışdır: "Həmin an mütləq ki, o insana psixoloji yardım göstərmək lazımdır. Belə durumlara dırnaqarası baxmaq qətiyyən doğru deyil. Çox təəssüflər olsun ki, psixiatr, nevropotoloq və psixoloq arasında fərqləri insanlar bəzən bilmir. Eyni zamanda, cəmiyyətdə psixiatr dedikdə "dəlisən", "dəli olmusan" kimi ifadələr işlənir. Əslində isə insanın böyrəyi, ciyəri, başı ağradığı kimi, ruhu da xəstələnə bilər. Bu durumu normal qarşılamaq lazımdır və bunun üçün insanlar maariflənməlidir".