Bilgəhdə dənizdə bir nəfər batıb
    • 23-07-2021, 17:47
    • 341

Bilgəhdə dənizdə bir nəfər batıb

Bakıda dənizdə bir nəfər batıb.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxsin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.