-
- 24-07-2021, 15:07
- 656
"Patı" satan keçmiş məhkumlar tutuldu- ƏMƏLİYYAT-VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.
Nazirlikdən News24.az-a verilən məlumata görə, Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran şəhərində həyata keçirdikləri əməliyyatlar zamanı həmin bölgədə narkotik vasitə və psixotrop maddələrin, yəni “patı” adlandırılan metamfetaminin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş şəxslər – Emil İbrahimov, Ceyhun Əliyev, Tofiq Rəhimov və Bəxtiyar Nəcəfov saxlanılıblar.
Onların üzərinə və Lənkəran şəhərində yerləşən evlərinə baxış zamanı 107 qram heroin, həşiş, metamfetamin və elektron tərəzilər aşkar olunaraq götürülüb. Bu şəxslər ifadələrində Lənkəran şəhəri və ətraf rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Baş İdarə əməkdaşlarının paytaxtın Nəsimi rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin, eləcə də, narkotik tərkibli həblərin onlayn satışı ilə məşğul olan Fətəli Həsənli saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 27 qramdan artıq yüksək təsiredici xassəyə malik nakotik vasitə kokain, psixotrop maddə metamfetamin, eləcə də, 476 ədəd satışı qadağan olunan ekstazi və metadon həbləri aşkar edilib. Əməliyyat zamanı həmçinin Fətəli Həsənlinin üzərindən narkotik vasitələrin onlayn satışı zamanı pul dövriyyəsində istifadə etdiyi 2 ədəd plastik kart da polislər tərəfindən aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşlarının paytaxtın Nəsimi rayonunda keçirdikləri digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Aydın Quliyev də saxlanılıb. Onun üzərindən 14 qram heroin aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşlarının Xətai rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Sabir Rüstəmov və Nicat Rzayev saxlanılıblar. Sabir Rüstəmovdan ümumilikdə 42 qram, o cümlədən, kimyəvi tərkibli narkotik vasitə bonzai, kokain, metamfetamin, 28 ədəd ekstaz həbi və narkotik vasitələrin onlayn satışında nağdsız ödənişlər zamanı istifadə etdiyi plastik kart aşkar edilib. Nicat Rzayev üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən isə 8 qrama yaxın heroin və metamfetamin aşkar olunub.
Baş İdarə əməkdaşlarının paytaxtın Nərimanov və Nizami rayonlarında həyata keçirdikləri növbəti əməliyyatlar zamanı sosial şəbəkə istifadəçiləri arasında narkotik vasitələrin satışını təşkil edən Anar Gərayzadə və Tahir Şirinov tutulublar. Anar Gərayzadənin üzərindən və Nərimanov rayonunda yaşadığı mənzilindən ümumilikdə 616 qram heroin, metamfetamin, elektron tərəzi, Tahir Şirinovdan isə çəkisi 540 qram olan eyni adlı nakotik vasitə və psixotrop maddələr, həmçinin, elektron tərəzi akar edilərək istintaqa təqdim olunub.
Baş İdarə əmkdaşlarının Yasamal və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində həyata keçirdikləri əməliyyatlar zamanı isə Əli Abdullayev və Aydın Cavadov narkotik vasitələrin satışını həyata keçirməkdə şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan müvafiq olaraq 105 və 15 qram heroin, eləcə də, metamfetamin aşkar olunub.
Baş İdarə əməkdaşlarının Sabunçu rayonu ərazisində həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Eduard Hüseynov narkotik vasitələrin qanunsuz kultivasiyası ilə məşğul olduğu üçün saxlanılıb. Onun Maştağa qəsəbəsindəki evinin həyətinə baxış zamanı çəkisi 11 kiloqram olan 54 ədəd çətənə kolu və 4 kiloqram qururulmuş marixuana aşkar edilib. Eduard Hüseynov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə kultivasiya etdiyini bildirib.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, 495 ədəd narkotik tərkibli həb və 11 kiloqram kultivasiya edilən çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, təqdim etdiyimiz sonuncu əməliyyatların bir neçəsi Baş İdarənin sosial şəbəkələrdəki səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib.