Ukraynada bu il yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
    • 28-07-2021, 12:29
    • 447

Ukraynada bu il yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Ukraynada 2021-ci ilin ilk altı ayında yaşamaq icazəsi alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.


News24.az xəbər verir ki, bu ilin yanvarın 1-dən iyulun 1-dək 2 238 nəfər Azərbaycan vətəndaşı Ukraynada yaşamaq izni alıb.


Ukrayna Dövlət Miqrasiya Xidmətindən UABD sorğusuna cavab olaraq daxil olan rəsmi məktubda bildirilir ki, bunlardan 1 549 nəfəri müvəqqəti, 689 nəfəri isə daimi yaşayış izni alanlardır.


Qeyd olunan müddətdə 1 nəfər Azərbaycan vətəndaşı isə öz müraciəti ilə Ukrayna vətəndaşlığına qəbul olunub. /report.az