"Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir"- MN
    • 29-07-2021, 11:05
    • 357

"Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir"- MN

"Ermənistan tərəfinin guya atəşkəsin tərəfimizdən pozulması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir".

Bu barədə News24.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

"Bildiririk ki, Azərbaycan Ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir", - nazirlikdən qeyd olunub.