Oktyabrda bu məşhur sənətçinin oğlunun toyu olacaq
    • 29-07-2021, 14:21
    • 881

Oktyabrda bu məşhur sənətçinin oğlunun toyu olacaq

Türkiyəli müğənni İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs evlənməyə hazırlaşır.

News24.az xəbər verir ki, cütlüyün toyu pandemiya səbəbindən təxirə salınıb. Lakin yeni tarix artıq açıqlanıb.

İdo Tatlıses və Yasemin Şefkatli oktyabrın 1-də nikah masasına əyləşəcək. Toy Zekeriyaköydəki evlərinin bağçasında gerçəkləşəcək.