Bakıda onlayn narkotik satan şəxs saxlanıldı FOTO
    • 31-07-2021, 15:15
    • 656

Bakıda onlayn narkotik satan şəxs saxlanıldı FOTO

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-dən News24.az-a bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sosial şəbəkələrdə onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı Gəncə şəhər sakini Elşad Quliyev tutularaq istintaqa cəlb edilib. Onun üzərindən və idarə etdiyi avtomobilin yük yerindən 22 bükümdə satış üçün hazır qablaşdırılan heroin, “patı” adlanan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Elşad Quliyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığı və özünün də həmin narkotik vasitələri onlayn yolla satdığını bildirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elşad Quliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.