-
- 4-08-2021, 13:42
- 633
"Münasibətimiz ata və qızı kimi deyil" - AQİL M. QULİYEV
Rejissor Aqil M. Quliyev MTV Azərbaycan kanalında yayımlanan "Ziq-Zaq" verilişində qonaq olub.
News24.az xəbər verir ki, Aqil M. Quliyev söhbət əsnasında şəxsi həyatından danışıb: "Hazırda həyatımda heç kim yoxdur, ayrıldım. Pandemiyaya görə görüşə bilmirdik, həm də anam mənimlə yaşayırdı deyə alınmırdı. Münasibətimiz üç il yarım davam etdi və bitdi alınmadı".
Rejissor qızından da söz açıb: "İlk və yeganə nikahımdan bir qızım var, soyadımı daşıyır. Moskvada yaşayır. Qızım Moskva Energetika İnstitutunda dərs deyir. Onun 29 yaşı var. Münasinətimiz ata və qızı kimi deyil. Hər ikimiz soyuqqanlıyıq".