-
- 4-08-2021, 18:14
- 565
"Məktəblərdə dərs saatı az olan müəllimlərin sayı çoxdur"- NAZİR
Ölkədə fəaliyyət göstərən məktəblərdə az dərs saatı olan müəllimlərin sayı çoxdur. Biz dərs saatını süni şəkildə aşağı salmaqla çox sayda müəllim işə götürməyin tərəfdarı deyilik”.
News24.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev nazirliyin feysbuk səhifəsində 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib.
O bildirib ki, müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə verilən vaxt məsələsinə baxılması gündəmdə deyil: “Yenə də araşdırma apararıq və ehtiyac olarsa bəzi fənnlər üzrə nəsə etmək olar. Test tapşırıqlarının çətinliyi məsələsi ibtidai sinif, riyaziyyat və ingilis dili fənnləri üzrə müəllimlərin işə qəbulu ehtimalına təsir etməyib və ya etmir. Sıralamada digər namizədlərdən üstünsünüzsə, o zaman işə qəbul şansınız daha çox olur”.