Həyat yaşamağa dəyər, sağlam həyatdan imtina etmə! - VİDEO
    • 5-08-2021, 11:11
    • 264

Həyat yaşamağa dəyər, sağlam həyatdan imtina etmə! - VİDEO

Baş Prokurorluq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı və istifadəsi halı ilə bağlı çağırış edib.

News24.az xəbər verir ki, çağırışda deyilir:

Narkomaniya- xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan tibbi-sosial bəladır.

İnsan bədənində və mənəviyyatında sağalmaz yaralar açan narkomaniya dolayı yolla intihardır.

Həyat yaşamağa dəyər, sağlam həyatdan imtina etmə!

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı və istifadəsi halı ilə üzləşdikdə isə dərhal "961" Çağrı Mərkəzinə müraciət et!