DİN Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirdi
    • 12-01-2021, 16:25
    • 530

DİN Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev News24.az-a bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub: "Hazırda araşdırma aparılır. İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib".

Xatırladaq ki, bu gün Bakıda qadın və uşaq sığınacağına hücuum olub. 3 nəfər şəxs sığınacağa hücum edərək oranın əməkdaşına ağır xəsarətlər yetirib. Məluata görə, sığınacağa hücum edənlər orada məskunlaşan bir qadının ailə üzvləridir.