-
- 10-08-2021, 11:16
- 1 048
"Toppuş bacı" yenidən xəstəxanaya yerləşdirildi - FOTO
Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa kimyaterapiya alacağını bildirib: "İllərdi 419-cu palataya gəlirəm. Bir ümidim var ki, sağalacam və sağalıram da. Gəlmələrimin sayını itirmişəm. Amma kimyaterapiya üçün artıq 25-ci dəfədir bu otaqda yenə qonağam. İnşallah bunu da birlikdə yenəcəyik".