Narkotik vasitə qəbul edən şəxs saxlandı - FOTO
    • 10-08-2021, 16:47
    • 287

Narkotik vasitə qəbul edən şəxs saxlandı - FOTO

Polis tərəfindən sosial şəbəkələrdə Yasamal rayonunda yaşayış binalarının birində narkotik vasitə qəbul edən şəxsin görüntüləri araşdırılıb.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü, Abşeron rayon sakini Emil Dadaşov müəyyən olunaraq saxlanılıb. 

Müdafiəçisinin iştirakı ilə saxlanılan şəxsin üzərinə videoçəkilişlə baxış keçirilib, onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb. 

Fakt üzrə araşdırmalar davam etdirilir.