-
- 10-08-2021, 17:38
- 597
Azərbaycanlı infeksionist: “QAPANMAYA getməliyik, toylar BAĞLANMALIDIR”
“Yoluxma sayının artması qapanmalara səbəb ola bilər. Aktiv xəstə sayının çox olması və xəstəxanalarda istifadə edilən çarpayıların azalması qapanmalara gedən yolda əsas nüanslardır. Lakin bizdə xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var”.
Bunu News24.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.
O bildirib ki, böyük miqyasda olmasa belə bəzi qapanmalara getmək lazımdır: “Ən azından toylar qadağan olunmalıdır. Yoluxmanın əsas səbəbi toylardır. Toylarda maskadan istifadə olunmur. Sosial məsafəyə əməl edilmir”.