Bakının məşhur restoranları cərimələndi - Siyahı
    • 11-08-2021, 16:45
    • 282

Bakının məşhur restoranları cərimələndi - Siyahı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 425 ictimai iaşə obyektində 728 monitorinq keçirib.

AQTA-dan News24.az-a verilən məlumata görə, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:


Bakı şəhəri, Binəqədi ‎rayonu, Cəfər Xəndan küç., ev 36 ünvanında yerləşən, fiziki şəxs Həsənov Müşfiq Arif oğluna məxsus “Qoç Ət” restoranı;

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 2 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Vaqif Mikayıl oğluna məxsus “Köz Dönər Tantuni” restoranı;

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106a ünvanında yerləşən, hüquqi şəxs "Simurg" MMC-yə məxsus “Second Cup” kafesi;

Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi küçəsi 29 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" MMC-yə məxsus “Baku Voice” restoranı;

Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küç., ev 49m ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus “The Hall by Emiland” restoranı;

Bakı şəhəri, Yasamal rayonu, Ş. Qurbanov küçəsi 21 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Ruslan Vahid oğluna məxsus kafe;

Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küç., ev 47c ünvanında yerləşən, fiziki şəxs Xələfov Xanlar Həsənbala oğluna məxsus “Mark Chill Out” restoranı;

Bakı şəhəri, Binəqədi rayonu, Varovski Davidoğlu küç., ev 1N ünvanında yerləşən, fiziki şəxs Əmirəslanov İlqar Taleh oğluna məxsus “Yaban Pub” restoranı.