-
- 12-08-2021, 11:52
- 512
Bu il ölkədə 33 qadın qəsdən öldürülüb - Video
Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı video müraciət edib.
Baş prokurorluğun Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, video müraciətdə bildirilib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.
Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib.
Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır!
Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!
#qadınzorakılığınasusma