Düşmən yenidən Naxçıvan istiqamətində TƏXRİBAT TÖRƏTDİ
    • 13-08-2021, 13:13
    • 382

Düşmən yenidən Naxçıvan istiqamətində TƏXRİBAT TÖRƏTDİ

Avqustun 13-ü saat 09:35-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.