Avqust ayının pensiya ödənişləri edildi
    • 14-08-2021, 10:27
    • 368

Avqust ayının pensiya ödənişləri edildi

Ölkə üzrə avqust ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Məlumatda qeyd edilib ki, DSMF tərəfindən avqust ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.