Sumqayıtda bir nəfər dənizdə batdı
    • 14-08-2021, 18:19
    • 387

Sumqayıtda bir nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. 

FHN-dən News24.az-a verilən məlumata görə, hadisəylə əaqədar FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.